Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Qafqaz Universitetinin rektoru Azərbaycandan deportasiya ediləcək

Fətullah Gülənin dini sektasına bağlı olduğu güman edilən 8 Türkiyə vətəndaşı Azərbaycandan deportasiya ediləcək.

Bu məlumatı bu gün Türkiyənin gündəlik “Daily Sabah” qəzeti yayıb. Qəzet xəbəri verən mənbəni açıqlamayıb.

“Daily Sabah” qəzeti yazır ki, həmin 8 nəfərin deportasiyası “vizaların vaxtının keçməsi” əsasında həyata keçiriləcək. Qəzet Azərbaycanı tərk etməyə məcbur ediləcək şəxslərin arasında “Çağ Öyrətim” təhsil müəssisələri şəbəkəsinin başçısı Ənvər Özerenin, Qafqaz Universitetinin rektoru Ahmet Sanıcın, habelə F.Gülənin Azərbaycandakı nümayəndəsi hesab olunan Behri Topuzun adlarını çəkir.

Azərbaycanın Təhsil Nazirliyindən bu məlumatı şərh etmək istəməyiblər.

Qafqaz Universitetinin prorektoru Natiq Paşa isə “Turan”a açıqlamasında bu xəbəri təkzib edərək bildirib ki, məlumat həqiqətə uyğun deyil.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP