Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Lavrov: "Ukraynaya hücum edə bilərik"

“Rusiya hücuma məruz qalsa, şübhəsiz ki, buna cavab veriləcək. Cənubi Osetiyada həyata keçirdiyimiz hücumları təkrarlaya bilərik”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ölkə vətəndaşlarının müdafiəsi üçün istənilən hücumları həyata keçirməyə hazır olmalıdır.

“Biz maraqlarımız və vətəndaşlarımızı müdafiə etmək üçün 2008-ci ilin avqust ayında Cənubi Osetiyada olduğu kimi birbaşa hücumlar edə bilərik. Mən başqa variant görmürəm. Rusiya vətəndaşlarına hücumu, Rusiya dövlətinə hücum kimi qiymətləndiririk”, Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ukrayna ordunu Rusiya sərhədləri yaxınlığında cəmləşdirib.

“Ukrayna ilə sərhədə əlavə Rusiya qoşunlarının yerləşdirilməsini heç vaxt təkzib etməmişik. Çünki Ukrayna bizim sərhədlərin yaxınlığına qoşunlarını yığıb. Qoşunlar əsasən cənub-şərq regionunda yerləşdirilib. Bu səbəbdən Rusiyanın müxtəli bölgələrində Silahlı Qüvvələrin mütəmadi təlimləri keçirilir”, Sergey Lavrov bildirib./ans/
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP