Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Bakıda yaşayış binasında yanğın baş verib

Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda yanğın olub.

Atatürk prospektində yerləşən yaşayış binasının ikinci mərtəbəsində mənzil yanıb. Bina sakinləri hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər mənzilə alovun qarşısını alıblar. Mənzildə tüstüdən zəhərlənən azyaşlı aşkarlanıb. O, yanğınsöndürənlər tərəfindən xilas edilib və xəstəxanaya göndərilib.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, kondisioner, 2 kv.m sahədə mebel dəsti, 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub./apa/
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı