Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Bakıda yaşayış evində partlayış olub

Bakının Nizami rayonunda yaşayış evində partlayış olub.

Hadisə Bəhruz Nuriyev küçəsindəki beşmərtəbəli binanın 1-ci mərtəbəsində Qafar Qafarova məxsus mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami rayon hissəsinin yanğınsöndürənləri və "Azəriqaz" QSC-nin mütəxəssisləri cəlb olunublar.

Partlayış nəticəsində xəsarət alan olmasa da, mənzildəki otaqların pəncərə şüşələri sınıb, qapı və pəncərə çərçivələri isə yerindən çıxaraq həyətə düşüb.

Hadisənin səbəbləri ilə bağlı ilkin araşdırmaların nəticələri məlumdur. Nizami rayon Qaz İstismar Sahəsinin 4 saylı xidmət sahəsinin rəisi Əhməd Rəhimov bildirib ki, aprelin 23-də təmir işləri ilə əlaqədar Nizami rayonuna təbii qazın verilməsində fasilələr yaranıb. Axşam saatlarında qaz nəqli bərpa edilib. Lakin ev sahibinin bundan xəbəri olmayıb və açıq qalan qaz plitəsindən mənzilə qaz dolub. Partlayışın da bu səbəbdən baş verdiyi bildirilir./apa/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP