Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

"Real" "Bavariya"nı məğlub edib

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün yeganə qarşılaşması İspaniya paytaxtı Madriddə baş tutub.

Turnirin ən titullu klubu “Real” öz meydanında Almaniya “Bavariya”sını qəbul edib. Ötən mövsümün qalibi olan Münhen təmsilçisi bu dəfəki duelə "Real"la köhnə hesabları olan Xosep Qvardiola ilə çıxıb. “Barselona”nın baş məşqçisi kimi madridlilərlə dəfələrlə “El Klassiko”ya çıxan mütəxəssis ilk dəfə başqa klubun çalışdırıcısı kimi bu həyəcanı yaşayıb.

Oyun "Bavariya"nın ərazi üstünlüyü şəraitində keçib. Amma oyunda ilk və yeganə qolu əks-hücumdan yararlanan "Real" vurub. Kərim Benzemanın 19-cü dəqiqədə vurduğu qol Münhendə keçiriləcək cavab görüşü ərəfəsində madridlilərə qələbə qazandırıb - 1:0.
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...