Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Paşazadə və Əliyev Kərbəlaya dəvət olundular - Bəlkə hidayət olalar

Azərbaycan dövlət başçısı İmam Hüseyn ziyarətgahına dəvət olundu
Hacı Allahşükür Paşazadə belə ziyarətin olacağına ümid etdiyini, bu ölkənin dəvətilə İslam Konfransında iştirak edəcəklərini bildirib
Müqəddəs İmam Hüseyn hərəminin rəhbər şəxsləri Bakıda səfərdədir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İraq nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında qardaş münasibətlərin olduğu diqqətə çatdırılıb. Bütün Qafqazın Şeyxi İraq və Azərbaycan arasında vizasız gediş-gəlişlə bağlı sazişin imzalanmasını əlaqələrin daha da inkişafı baxımından yüksək qiymətləndirib. Bir sıra sahələrlə pararlel din, mədəniyyət, o cümlədən dini turizmin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Seyid Mushin əl-Həkimi dövlət başçısını və Bütün Qafqazın Şeyxini müqəddəs torpaqları ziyarətə dəvət etdi.

Hacı Allahşükür Paşazadə belə ziyarətin olacağına ümid etdiyini, bu ölkənin dəvətilə İslam Konfransında iştirak edəcəklərini bildirib.
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41