Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Ermənilər Türkiyə bayraqlarına od vurdu

İrəvanın Azadlıq meydanında qondarma erməni soyqırımını anmaq üçün məşəlli yürüş başlayıb.

Yürüş “Daşnaksutyun” partiyasının gənclər qanadı “Nikol Aqbalyan” təşkilatı tərəfindən təşkil edilib. Onlar İrəvanın Opera Teatrının qarşısında Türkiyə bayraqlarını yandırıblar. Daha sonra onlar qondarma erməni soyqırımına qoyulmuş abidəyə doğru irəliləyiblər.

Qeyd edək ki, ermənilərin soyqırım iddiaları 1915-ci ilin aprel ayında Van şəhərində baş vermiş erməni üsyanı ilə bağlıdır. Rusiya imperiyasnının işğalçı qoşunlarının Vana tərəf irəlilədiyini görən erməni əhali aprelin 19-da üsyan qaldıraraq şəhərdə 15 minə yaxın türkü qəfil yaxalayaraq qətl etmişdilər. Həmin vaxt şəhərdə yaşayan 41 min adamın 23 mini ermənilər olub. Amma ermənilər təşkil olunmuş halda Vana axışıblar və sayları 70 minə çatıb. Nəticədə şəhərdə 15 min türk qətl edilib. Vəziyyəti belə görən Osmanlı hökuməti aprelin 24-də şəhəri üsyançılardan təmizləyib və dinc erməni əhalinin qırılmasından ehtiyatlanaraq onları Rusiya ilə cəbhə xəttindən Aralıq dənizi sahillərinə köçürüb.

Ermənilər həmin tarixin soyqırımı kimi tanıdılması fikrinə yalnız İkinci Dünya müharibəsində baş vermiş yəhudi soyqırımından sonra düşüblər. Soyqırımı yəhudilərə dövlət qurmağa imkan vermişdi. Buna görə də ermənilər uydurma əsərlər yazdıraraq Van üsyanına soyqırımı donu geyindirməyə çalışıblar. 1965-ci ildə İrəvanda qondarma soyqırımına abidə qoyulub. Amma bununla belə dünyanın əksər dövlətləri ermənilərə qarşı soyqırımı törədilməsi fikrini qəbul etmirlər./ans/
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
</