Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

İsrail və ABŞ “Fəth” və “Həmas”ın birləşməsindən xofdadır

İsrail və ABŞ “Fəth” və “Həması”ın birləşməsi barədə xəbərdarlıq edib

İsrail “Fəth” və “Həmas”ın birləşməsindən xofdadır. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, bu gün İsrail baş naziri Benyamin Netenyahonun başçılıq etdiyi nazirlər kabineti “Fəth” və “Həmas”ın yeni kolalisiya hökümətinin təsis etməsi məsələsini müzakirəyə çıxaracaq. Məlumata əsasən, Benyamin Netenyaho dünən Təl-Əvivdə Avstrya xarici işlər nazirini qəbul edərkən fələstinlilərin iki əsas siyasi blokunun birləşməsi barədə xəbərdarlıq verib. İsrail baş naziri, “Fəth” hərəkatını “Həmas”la əlaqələri bərpa etməkdənsə sülh danışıqları barədə fikirləşməyi tələb edib.

Bu arada ABŞ xarici işlər nazirliyi də “Fəth”-“Həmas” yaxınlaşmasını sülh danışıqlarına zərbə olacağını bəyan edib.

Bildirək ki, cari ayın 29-u Yaxın Şərq sülh danışıqlarının 9 aylıq müddəti bitir. Fələstinlilər İsraili danışıqların şərtlərinə əməl etməməkdə təqsirləndirir, danışıqların vaxtını uzatmır və Fələstinin beynəlxalq təşkilatlara üzv ediləcəyi barədə addımlar atmağa başlayıb. “Fəth” və “Həmas”ın 8 il fasilədən sonra yenidən vahid hökümət təsis etməsi İsrailin ciddi narahatlığına səbəb olub.
1072 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45