Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Əfqanıstan ordusu Talibanın 58 silahlısını öldürüb

Son sutkanın əməliyyatlarında Taliban hərəkatının daha 24 silahlısı ələ keçirilib

Son sutkada Əfqanıstanda Talibanın 58 silahlısı öldürülüb. İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, Əfqanıstan ordusunun apardığı son sutkanın əməliyyatlarında Taliban hərəkatının daha 24 silahlısı ələ keçirilib.

Məlumata əsasən, hərbi əməliyyatlar ölkənin Gündüz, Qəndəhar, Zabol, Qazni, Bağlan, Faryab və Nəngəhar əyalətlərində aparılıb. Əməliyyatlarda öldürülən silahlılardan əlavə onlardan xeyli sayda yaralananların olduğu bildirilib.

Bildirək ki, Əfqanıstanda prezident seçkilərinin keçirilməsi zamanı ciddi terror aktı baş verməyib və ölkə rəsmi orqanları hərbi və təhlükəsizlik qüvvələrin işini təqdirəlayiq biliblər.

Qeyd edək ki, Əfqanıstan III prezident seçkilərinin yekun nəticəsinin açıqlanması cari ayın sonuna qədər təxirə salınıb.
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49