Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Zülfiyyə Hüseynovadan Azad Rəhimovun ünvanına kəskin ifadələr

"Təqaüdümü alım, söz verirəm, pulu axır qəpiyinə qədər biznesmen nazirimizin hesabına köçürəcəm"
Məşhur idmançı, dəfələrlə dünya çempionu olan Zülfiyyə Hüseynova ilə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov arasında qalmaqal böyüyür. Nazirin idmançıya Prezident təqaüdü verilməsinin qəti əleyhinə olması barədə bu gün yenidən danışması Zülfiyyə Hüseynovanı cavab verməyə vadar edib. Zülfiyyə Hüseynova ANS-ə deyib ki, əlbəttə mən nazirimiz kimi bizneslə məşğul olmuram və ona görə də yaxşı maaş mənim nəzərimdə onların düşündüyü qədər deyil: "Həm də yəqin ki, Prezident təqaüdü daha çox şərəfli addır, mən də bu adı alnıaçıq, idmana göstərdiyim xidmətin yüksək qiyməti kimi almaq istəyirəm. Məgər bütün prezident təqaüdçüləri dövlət başçısından bu pulu maddi yardım kimi alır, bu mənəvi sərvət deyilmi?. 1995-ci idə Hərbçilərin Olimpiya Oyunlarında mən çempion olanda hamı ilə birlikdə erməni generalını da Azərbaycan himni və bayrağının ayağına qaldıranda Azad Rəhimov harada idi? Zülfiyyə Hüseynova deyib ki, bir halda nazirlik mənim bu təqaüdü almağıma mane olmur, onda qoy ərizəmə qol çəksinlər, mən də təqaüdümü alım, söz verirəm pulu axır qəpiyinə qədər biznesmen nazirimizin hesabına köçürəcəyəm"./ans/
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12