Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Pirşağı sakinləri illərdir su həsrətindədir

“Bizi ələ salırlar, axı biz də vətəndaşıq”...

“Şirin su Pirşağının Bağlar Massivində daima olub. Amma sonradan şirin su əvəzinə bolluca vədlər gəldi. Nəhayət, dedilər, prezident sərəncam verib, bütün Bakı kəndləri su və kanalizasiya ilə təmin ediləcək. Amma bu günədək vədə əməl olunmayıb”.
Bu sətirlər Bakının Sabunçu rayonu, Pirşağı qəsəbə sakinlərinin dövlət başçısı İlham Əliyevə yazdığı məktubdandır. Məktubun surətini “Yeni Müsavat”a göndərən şikayətçilər bildirir ki, qəsəbə sakinləri illərdir ki, içməli su həsrətindədir. Onlar 10 ildən çoxdur qəsəbədə su tapılmadığını vurğulayırlar. “Pirşağı qəbiristanlığının sağ tərəfi deputatların bağlarıdır. Orada bütün kommunal işlər yüksək səviyyədə görülüb, bolluca su var. Soruşanda deyirlər ki, prezidentin göstərişidir. Qəbiristanlığın sol tərəfi isə cəhənnəm massividir. Burada yaşayanlar heç bir hüquqları olmayan cəhənnəm sakinləridir” - deyə məktubda bildirilir.

Sakinlər deyirlər ki, aidiyyəti qurumlara, o cümlədən dövlət başçısına yazdıqları şikayət məktublarının sayını itiriblər: “Su tələb edirik!”

Onlar qeyd edirlər ki, onların su xəttini Qızıl qum nasosxanasına birləşdiriblər və o qəsəbənin sakinlərinə su verilsə də, Pirşağı susuzdur: “Biz də Azərbaycan vətəndaşıyıq. Bağlar massivində yaşayanların əksəriyyəti bakılılardır. Ona görə təzə su xəttini deputatlara çəkdilər. Bakılılar kasıb olduqları üçün onları ələ salırlar. İndi də son olaraq deyirlər ki, su 2015-ci ildə çəkiləcək".

Sakinlərin iddiasına görə, deputatlar “Azərsu” ilə hansısa razılaşma əldə etdiyindən, onlara hətta böyük borularla su çəkilib: “Məsələn, hətta aeroportun rəhbəri Cahangir Əsgərovun bacısı oğlu Murad üçün ayrıca su xətti çəkilib, bizsə artıq şirin su nədir bilmirik”.

Sakinlərdən Hacı Vaqif Rəşidov da redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirir ki, aidiyyəti qurumlar onların suyunu başqa yerlərə satıb: “Gah deyirlər, həmin su kiminsə bağına verilir, gah başqa bəhanə gətirirlər. Fakt odur ki, biz illərdir susuzuq. Qəti qərara gəlmişəm ki, qəsəbə sakinləri bakılı olduğu üçün onlara su verilmir. Onlarla, yüzlərlə məktublar göndərmişik. Biz su xəttini də özümüz pul yığıb çəkmişik, ancaq xəttə su verilmir. ”Azərsu" da deyir ki, bu borular onların balansında deyil, ona görə su verilmir. Bu məmurlar xalqda narazılıq yaradırlar".
Faktla bağlı “Azərsu” ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./musavat/
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11
Əsəd v