Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Millətçilər etiraz aksiyası planlaşdırır

Rusiyalı millətçilər müsəlmanlara qarşı növbəti etiraz aksiyası planlaşdırırlar

Rusiyalı millətçilər müsəlmanlara və ölkədə İslam dininin yayılmasına qarşı növbəti etiraz aksiyası keçirməyi planlaşdırırlar.

SalamNews-un xəbərinə görə, Sankt-Peterburqun hər yerində nümayişdə, eləcə də “İslamlaşdırmaya yox de!” şüarı altında keçiriləcək mitinqdə iştiraka çağıran kağızlar paylanır.

Təşkilatçılar aksiyanı noyabrın 4-də keçirməyi planlaşdırırlar. İslam əleyhdarlarının nümayiş marşrutu və vaxtı artıq məlumdur. Belə ki, yürüş yerli vaxtla saat 14:00-da başlayacaq və 15:00-da başlayacaq Mars meydanındakı mitinqlə davam edəcək.

Qeyd edək ki, aksiyaya səbəb son vaxtlar Rusiyada baş verən bir sıra hadisələrdir. Bunlar azərbaycanlı Orxan Zeynalovun Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirli bilinməsi, Biryulevodakı tərəvəz bazarının dağıdılması, çeçenistanlı terrorçu-kamikadzenin Volqoqradda avtobusu partlatması, kütləvi saxlanma halları, əmək miqrantlarının deportasiyası və s.-dir.
1764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP