Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Bəhreyn Ayətullah Sistaninin nümayəndəsini ölkədən deportasiya edib

Bəhreynin Daxili İşlər Nazirliyi tanınmış müctəhid Ayətullah Sistaninin nümayəndəsi Ayətullah Hüseyn Nicatini ölkədə qeyri-qanuni faliyyət göstərməkdə ittiham edib.

SalamNews-un "əl-Aləm" telekanalına istinadla verdiyi xəbərə görə, hökumət onun ölkədən çıxarılması barədə qərar verib.

Bildirək ki, H.Nicati Bəhreyn vətəndaşlığından məhrum edilən 31-ci şəxsdir. Belə ki, iki il əvvəl Bəhreyndə etiraz aksiyalarının baş qaldırmasından sonra yerli hökumət milli təhlükəsizlik üçün təhdid hesab etdiyi 31 dini alim və müxalifət üzvünü ölkə vətəndaşlığından məhrum edib və onların ölkədən çıxarılmasına qərar verib.
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39
08