Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

ABŞ Latviyaya 150 hərbçisini göndərib

Ötən gün axşam saatlarında Riqaya 150 ABŞ hərbçisi gəlib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ Baltikyanı ölkələrə və Polşaya 600 hərbçisini göndərməyi qərara alıb. Riqa aeroportunda amerikalı hərbçiləri Latviya Silahlı Qüvvələrinin nümayəndələri qarşılayıb. ABŞ-ın Latviyadakı səfirliyi hərbçilərin ilin sonunadək ölkədə qalacaqlarını bildirib.

Latviyanın NATO-dakı səfiri Maris Riekstinş jurnalistlərə bildirib ki, amerikalı hərbçilərin Latviyada olmalarının məqsədi ölkədə təhlükəsizliyi təmin etməkdir.

“Yaz qasırğası” beynəlxalq hərbi təlimlər Şərqi Avropanın 4 ölkəsini əhatə edəcək və Polşada mayın 5-də başlayacaq. Tədricən təlimlər Litva, Latviya və Estoniyanı da əhatə edəcək.
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42
Hacı Qasim: Rəhbərin o