Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Tovuzda Ermənistanla təmas xəttində mina partlayıb

Tovuzun Əlibəyli kəndində iri buynuzlu mal qara minaya düşüb.

Hadisə bu gün Tovuz rayon Əlibəyli kəndi ərazisində, Ermənistanla təmas xəttində baş verib. Güclü partlayış baş verən zaman əvvəlcə sakinlərdən kiminsə minaya düşdüyü ehtimal edilsə də sonradan müəyyən olunub ki, Əlibəyli sakini Sevil Hüseynovanın iki baş mal-qarası minaya düşərək tələf olub. Qəfildən baş verən güclü partlayış zamanı iri buynuzlu mal qaradan biri parça-parça olub, digəri isə ayaqlarını itirib. Yaralı heyvanı ərazidən çıxarmaq mümkün olmayıb. Kənd sakinləri bildirir ki, otlaq sahələrinin yaşıllaşması mal-qaranın təmas xəttində olan minalanmış ərazilərə getməsinə səbəb olur və son nəticədə bu kimi hadisələr baş verir./apa/
1788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP