Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Tələbələrin yeni etiraz aksiyasının yeri məlum oldu

ADPU-da vəziyyət gərgin olaraq qalır.

Pedoqoji universitetdə təhsil alan tələbələrin “Axar.az”a verdiyi məlumata görə, universitetin rektoru Yusif Məmmədov öz vədini yerinə yetirməkdən imtina edir. Universitet rektorunun tələbələrlə görüşü də heç bir nəticə verməyib. Elə buna görə də, bu gün tələbələr universitetin həyətində yox, “Sahil bağı”nda daha izdihamlı aksiya keçirməyi qərara alıb. Amma bu məlumatdan xəbər tutan fakültə dekanları qrupları gəzərək tələbələri imtahanların yazılı deyil, testlə olacağını inandırmağa çalışıblar. Tələbələr isə universitet rəhbərliyinin bu cəhdini aksiyanın qarşısını almaq üçün növbəti hiyləsi hesab edirlər.
Xatırladaq ki, oktyabrın 21-də ADPU-da tələbələrin etiraz aksiyası baş tutub. Onlar semestr imtahanlarının test üsulundan yazılı imtahana keçirilməsindən narazılıq ediblər.
1848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17
<