Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

“İnternet ABŞ kəşfiyyatının layihəsidir“

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiyanın nəhəng internet axtarış portalı olan “Yandex” Qərbin təsirilə formalaşıb

Bu fikri Putin Rusiya Xalq Cəbhəsinin Sankt-Peterburqda keçirilən mediaforumunda səsləndirib.

Onun sözlərinə görə, “Yandex” yeni başlayanda onun qurucularına təzyiq edilərək, müəyyən rəhbər vəzifələrə Qərbin adamları qoyulub.

- Milli axtarış sistemi olsa da, “Yandex” xaricdə qeydiyyatdan keçib. Və təkcə vergi məsələsinə görə yox,- deyə prezident vurğulayıb.

İnformasiya təhlükəsizliyi və internet mövzusunda fikilərini davam etdirən Putin daha sonra əlavə edib ki, ümumiyyətlə, internet CİA-nın xüsusi proyekti kimi yaranıb. Və amerikalılar bu sahədə inhisarçılığı əldə saxlamaq istəyirlər.

Qeyd edək ki, Yandex səhmdar cəmiyyəti Niderlandda qeydiyyatdan keçib.
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB