Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

“Gülənçi” hakim və prokurorlara qarşı şok iddia

Ramzan Kadırovla «Gülən camaatı» ortaq terror fəaliyyətində ittiham olunur

Türkiyədə səs-küy yaradacaq növbəti hadisə baş verir. Hakim Ədalət və Inkişaf Partiyasına (AKP) çox yaxın sayılan mətbuat orqanı “Takvim” qəzeti “Paralel yapı” adı verilən Fətullah Gülən şəbəkəsini ağır cinayətdə ittiham edən araşdırmalar dərc etməkdədir. Qəzetin iddiasına görə, prokurorluq və məhkəmə sistemində yerləşən “gülənçilər” öz mənafeləri üçün Türkiyəyə sığınan çeçen mücahidlərin öldürülüb, qanlarının batırılmasında rol oynayıblar.

“Takvim” Istanbulun Zeytinburnu ərazisində öldürülən çeçen komandiri Əli Asayevin cinayət işini incələyərkən belə nəticəyə gəlib. Bu iş üzrə Zona ləqəbli Ruslan Papasgiri həbs olunub.
“Takvim”in araşdırması zamanı üzə çıxıb ki, ittihamnamədə göstərilənlər həqiqətə uyğun deyil - Zona qətl və dəfn günü ümumiyyətlə, Türkiyədə olmayıb.

Rəsmi məlumatlara söykənən qəzet bildirir ki, Asayevin öldürüldüyü 26 fevral 2009-cu ildən cənazə namazının qılındığı 28 fevral 2009-cu ilə qədər Zonanın istifadə etdiyi üç addan - Ruslan Papasgiri, Teymur Maxauri və Əli Dubayev - heç biri ilə Türkiyəyə giriş olmayıb. Əksinə, 28 fevralda Türkiyəyə gələn Papasgiri yetərincə vəsaiti olmadığından deportasiya olunub.

Ruslan Papasgirinin işini araşdıran polis, prokuror və hakimin (Ali Fuat Yılmazer, Muammer Akkaş və Adem Özcan) “gülənçi” olduğunu vurğulayan “Takvim” bildirir ki, bu cinayətin arxasında çirkin niyyət dayanıb: “Iddialara görə, ”Kozanlı Ömər" kod adlı əmniyyət imamı Osman Hilmi Özdil Ramzan Kadırovla “bazarlıq” edib. Çeçenistanda məktəb açmaq üçün Kadırovun Türkiyədəki müxaliflərini aradan götürmək məsələsində razılaşıblar. Bu qanlı “bazarlığın” ardından, bir çox qaranlıq cinayətlər yaşandı. Əsl qatillər rahatca qaçdılar. “Paralel yapı”nın polis və prokurorluqdakı adamları isə lazımi sənədləri gizlədib, yox edib, cinayətin izini gizlətdilər".

Məqalədə “Paralel yapı”nın nə qədər fərasətli olduğuna işarələr var. Göstərilir ki, Putinin Gülən məktəblərinə qarşı olmasına baxmayaraq, onlar Kadırovu bu mövzuda razı sala biliblər. Kadırov üçün də bu bazarlıq pis sayılmaz. O baxımdan ki, öldürülən çeçenlər də (“Takvim”in məlumatına görə, razılaşma əsasında son illər 7 çeçen mücahid Türkiyədə qətlə yetirilib), bu iş üçün həbsə atılan da Kadırovun müxalifləri olub. Yəni, “gülənçilər” “bir güllə ilə iki dovşan vurublar”.

Məsələ ilə bağlı aramsız olaraq Ramzan Kadırovla əlaqə saxlamağa çalışan qəzet dünən qismən buna nail olub. Kadırov Putinlə görüşüb məsləhətləşdikdən sonra “Takvim”ə 3 cümləlik açıqlama göndərib və təbii ki, məqalədə yazılanları təkzib edib.

Natiq Güləhmədoğlu
1592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber