Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Con Kerri Rusiyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib

ABŞ dövlət katibi Con Kerri Cenevrə razılaşmalarını yerinə yetirməyən Rusiyanı sərt ifadələrlə tənqid edib.

UNİAN agentliyinin verdiyi xəbərə görə, C. Kerri bildirib ki, böhranı yalnız bir tərəfin addımları ilə həll etmək mümkün deyil: “Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə heç bir addım atmayıb. Rusiya hakimiyyətinin bir nümayəndəsi belə, separatçıları Cenevrə razılaşmalarına əməl etməyə, silahı yerə qoymağa və binaları azad etməyə çağırmayıb”.

Dövlət katibi Ukrayna tərəfinin ilk gündən Cenevrə razılaşmalarını necə yerinə yetirmək üzərində çalışdığını söyləyərək bəyan edib ki, Rusiya Ukraynanın şərqində separatçı hərəkatları maliyyələşdirməyə və onların fəaliyyətini əlaqələndirməyə davam edir. C. Kerri ATƏT müşahidəçilərinə istinadən deyib ki, Rusiya vəziyyəti gərginləşdirənə qədər bölgədə geniş miqyaslı zorakılıq müşahidə olunmayıb. O, Rusiyanı Ukraynadakı demokratik prosesə qarşı sabotaj cəhdində ittiham edib: “Əgər Rusiya eyni istiqamətdə fəaliyyətə davam edərsə, bu, nəinki ciddi, həm də ona baha başa gələcək səhv olacaq. Kursun dəyişməsi üçün pəncərə qapanmaqdadır. Rusiya əvvəlki yolunu davam etdirsə, ABŞ və Avropa Moskvanın böyük əvəz ödəməsi üçün hər şeyi edəcək. Biz hərəkətə keçməyə hazırıq”./apa/
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber