Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Bakıda məktəblilər arasında qanlı dava

Bakıda bıçaqlanma hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Maştağa qəsəbəsində, 187 saylı orta məktəbin yaxınlığında 1997-ci il təvəllüdlü Quliyev Elmar İlham oğlu bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya gətirilən 17 yaşlı oğlanın bədənində 5 bıçaq xəsarəti aşkarlanıb.

Araşdırmalar nəticəsində məlum olub ki E.Quliyevi 1997-ci il təvəllüdlü Rəsulov Rüfət Musa oğlu bıçaqlayıb. Hər iki şəxsin 187 saylı orta məktəbin 11-ci sinif şagirdi olması və məktəbdəki münaqişədən sonra qanlı hadisənin baş verdiyi məlum olub./lentaz/
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.02.17, 11:50