Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Müsəlman, dükanını soymağa gələn oğruya islamı qəbul etdirdi

Zərdari mağazasına oğurluq üçün girmiş adama 40 dollar və bir çörək verib, oğru isə müsəlman olacağına dair ona söz verib

ABŞ-ın Nyu-York şəhərində baş verən hadisə hər kəsi təəccübləndirib. Adı açıqlanmayan bir şəxs oğurluq etmək məqsədi ilə əlində tapança ilə bir mağazaya girib. O, mağaza sahibindən yüksək miqdarda tələb edib. Lakin mağazanın sahibi onunla söhbət etməyə başlayıb və gördüyü işin yanlış olduğunu izah edib.

Oğru mağaza sahibi ilə söhbət edərkən evdə uşaqlarının ac olduğunu və məcbur qaldığı üçün oğurluq etdiyini deyib. Əli Zərdari adlı mağaza sahibi oğrunu günah işlərdən əl çəkməyə və İslam dinini qəbul etməyə çağırıb. Oğru onun dediklərindən çox təsirlənib və bir daha oğurluq etməyəcəyinə söz verib. Ə.Zərdari mağazasına oğurluq üçün girmiş adama 40 dollar və bir çörək verib. Oğru isə müsəlman olacağı haqda ona söz verib.../ans/


1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41