Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Siyəzən rayonunda bir qrup vəhhabi aksiyaya cəhd edib

Bu gün günorta saatlarında Siyəzən rayonunda vəhhabi təriqətinə mənsub olan 40-dək şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında aksiyaya cəhd edib.

Onları Siyəzən RİH-nin başçısı Arif Qasımov qəbul edib. Onlar dini icmaya imam təyin olunmasını tələb ediblər. Görüşdən sonra məsələ həllini tapıb.

Siyəzən RİH-nin başçısı Arif Qasımov verdiyi məlumata görə, dindarlara imamları olmadığı üçün cümə namazını evlərində qılmaları tövsiyə olunub. Bu informasiyadan onların bəzilərinin xəbərləri olmayıb. “Mən onlarla görüşdüm və məsələ öz həllini tapdı”. Vəhhabilərə bildirilib ki, gələn həftədən etibarən onlar üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunacaq. Bundan sonra etirazçılar ərazidən uzaqlaşıb.

Siyəzən rayon Polis Şöbəsindən bildirilib ki, heç bir qarşıdurma və qanun pozuntusu qeydə alınmayıb.

Vəhhabilər icra başçısı ilə görüşdən sonra ərazidən uzaqlaşıb./apa/
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı
Go to TOP