Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Bakı Zooparkından dəhşət saçan görüntü - Foto

Bakı Zooparkında heyvanların baxımsız olması, ətrafa virus yayması barəsində ötən gün məlumat daxil olub. Paytaxt sakini olan xanım, bildirib ki, zooparkda heyvanlara baxan yoxdur və parkda heyvanların bir neçəsi bədənlərindəki yaralardan ətrafa virus yayır.

Məsələni araşdırmaq üçün Bakı Zooloji parkına yollandıq.

Zooparkın giriş qapısının yanındakı köşkdə oturan kassir xanımın mürgüləməsindən istifadə edib bilet almadan içəri keçdik.

İlk baxışdan insana rahatlıq verən mənzərə ilə rastlaşsaq da, ətrafdakı natəmizlik, heyvanların qəfəslərinin ətrafından gələn xoşagəlməz qoxular zoopark haqqında müsbət fikir yaranmasına, xoş təəssürata mane oldu.

Uşaqları ilə ətrafdakı heyvanları izləyənlər o qədər çox olmasa da, hər halda gözə dəyənlər var idi.

Ən çox natəmizliyi maral və ceyranların saxlanıldığı qəfəslərdə gördük. Bədəni yara basmış, açıq yaralarla qəfəslərində gəzişən heyvanların ətrafa virus yayması, deyəsən zoopark rəhbərliyi üçün bir o qədər də əhəmiyyətli deyil. Bunu biz yox, qarşılaşdığımız mənzərə deyirdi.

Uşaqların əlləri ilə həmin maral və ceyranlara çörək, pop-korn və müxtəlif qidalar yedirməsi bizə nə qədər xoş olsa da, həmin heyvanların yara içərisində olması da bir o qədər üzücü idi.

Bakıda başqa “heyvan parkı”nın olmadığını nəzərə alsaq, gördüyümüz səhnələrə heç cür haqq qazandırmaq mümkün deyil. Bakının yeganə heyvan parkını təmiz saxlamaq hər halda elə də çətin olmalı deyil.

Güman edirik ki, Zoopark rəhbərliyi bundan sonra parkdakı natəmizliyi aradan qaldıracaq və yaralı heyvanların ətrafa virus yaymasının qarşısını almaqla bərabər, heyvanların sağalması üçün də qolunu çirməyəcək. /axar/


1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı