Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Deputatın oğlu Bakıda avtoşların təmsilçisi imiş Foto

Bir neçə gündür ki, ölkə mediasında millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun Bakıda aeroport yolunda bahalı maşınlarla yarışa çıxması müzakirə olunur. 

Dünən isə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb ki, 10-LR-100 nömrə nişanı “Mercedes ML”, “Grand Cheroke”, “Maserati”, “BMW” və “Jaquar” maşınlarında istifadə olunub. Amma heç bir yol hərəkət qaydası pozması ilə bağlı fakt olmadığı üçün cəzalandırılmayıb.

Məşhur bloqqer Həbib Müntəzir Ziya Məmmədovun qardaşı oğlunun avtoşluğu ilə bağlı "meydan.tv" saytında maraqlı yazı ilə çıxış edib.

Yazıda qeyd olunur ki, Bakıda sürət yarışlarının keçirilməsini təşkil edən "PP-Performance" şirkətidir. Bu şirkət əsasən Almaniyada bahalı və yarış avtomobillərini ölkəyə idxal edir.

Bu şirkətin Bakıdakı distribütorunun sahibi isə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovdur.

Buna sübut kimi sayta daxil olun, Azərbaycanı xəritədə seçin və görün kimin adı çıxacaq:  

PP-Performance Baku, Aynar Mammadov Baku, Hazi Aslanov 115/25 

Bu şirkətə məxsus maşınlar qanunsuz olaraq bütün yol hərəkəti qaydalarını pozaraq hər dəfə Binə hava limanından mərkəzə doğru olan yolda, Bilgəh-Bakı yolunda, Zığ şossesində sürət həddini aşaraq 250-300 km/saat şütüyürlər. 

Xatırladaq ki, aeroport şosesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Bu görüntüləri özündə əks etdirən videolar "Dragtimes Baku" adı ilə bir çox sosial şəbəkələrdə yerləşdirilib.

1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber