Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

"Xoruzun quyruğu göründü"

Gülər Əhmədova: "Xoruzun quyruğu göründü"

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə Appellyasiya məhkəməsində baxış iclası olub.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib.

Vəkillər vəsatətlər qaldırıb. Onlar G.Əhmədovanın vəkilləri ilə yanaşı oturmasını və sabiq deputat barəsində tətbiq olunan 178.3.2 maddəsinə xitam verilməsini tələb ediblər.

G.Əhmədova vəsatəti müdafiə edib. Hakimlər isə bildiriblər ki, qeyd edilən maddə ilə bağlı vəsatət yekun iclasda müzakirə ediləcək. Dövlət ittihamçısı ittihamı elan edib.

Məhkəmə Kollegiyası ekspertlər, təqsirləndirilən şəxs, daha sonra isə şahidlərin dindirilməsi haqqında qərar qəbul edib.

Proses çərcivəsində ekspertlər dindirilib. Linqvistik tədqiqat aparan Hümbət Vəliyev DVD diskin köçürüldüyünü və əldə olan diskin birinci variantı olmadığını deyib. "Təhqiqat zamanı eşidə bilmədiyim hissələri yazmamışam. Həmin yerləri qeyd etmişəm. Artukalyasiya pozulmayıb. Mən bunu heç yerdə müəyyən etməmişəm. Elşad Abdullayevin başqa səs nümunəsi olmadığına görə, istintaqın bizə verdiyi səs nümunəsini onun özününkü kimi qəbul etdik. E.Abdullayevin bizə təqdim olunan səs nümunələri televiziyalardakı çıxışlarıdır. İstintaq Sevinc Babayevanın da səs yazılarını bizə təqdim edib. Biz də təhqiqat aparmışıq".

Onun sözlərinə görə, onlara təqdim olunan diskdə böyük qüsurlar olmayıb: "DVD-yə baxmışam, orda pul görməmişəm, həmçinin orda pulun alınıb verilməsini də görməmişəm".

Sabiq deputatın vəkili Fazil Nemətov isə vəsatət qaldıraraq Sevinc Babayevanın səs nümunələrinin istintaqdan alınaraq məhkəməyə təqdim olunmasını istəyib. Gülər Əhmədova məhkəmədən dindirilən ekspertə vaxt verilməsini, onun fikirlərini dəqiqiləşdirməsini istəyib: "Burdan məlum olur ki, bu şəxs ekspertizanı aparmayıb. Protokolda qeyd olunsun ki, Sevinc Babayevadan eksperimantal səs nümunəsi götürülməyib və bu mümkünsüzdür. Dindirilən ekspert də bunu etiraf etdilər. Əzizim məhkəmə, artıq xoruzun quyruğu göründü. Sadəcə insanlara qol çəkdiriblər. Ekspertiza aparılmayıb".

G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov məhkəməyə yerindən müdaxilə etdiyi üçün zaldan çıxarılıb.

Proses zamanı sabiq deputatın səhhətində problem yaranıb. Sabiq millət vəkili özünü pis hiss etdiyini bildirib. Bundan sonra hakimlər prosesdə fasilə elan ediblər.

Daha sonra isə proses aprelin 28-nə təyin olunub.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...