Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Azad Rəhimov haqlıdır, yoxsa ANS?

ANS televiziyası bir neçə gün qabaq Hesablama Palatasının hesabatında Gənclər və Idman Nazirliyinfə korrupsiya əməllərinə dair faktların yer aldığı haqda məlumat vermişdi. Məlumat yayılandan dərhal sonra həm nazirlik (şəxsən nazir Azad Rəhimov), həm də Hesablama Palatası telekanalı təkzib etdi. Nazirlik bundan əlavə ANS-i məhkəməyə verəcəyi ilə hədələdi.

Telekanal 24 aprel tarixli informasiya proqramında yenidən mövzuya qayıdaraq xüsusi reportaj verib və Gənclər və Idman Nazirliyi ilə bağlı korrupsiya faktlarını açıqlayıb. “Azadlıq” isə Hesablama Palatasının qalmaqala səbəb olan hesabatını əldə edib.

Hesabatda Gənclər və Idman Nazirliyinə aid hissəni oxuduqda ANS-in haqlı olduğu aydın olur. Sənəddə konkret olaraq “korrupsiya” ifadəsi yer almasa da, kifayət qədər ciddi nöqsanlar əks olunub. Hətta ANS bu nöqsanların bəzilərinə diqqət çəkməyib. Məsələn, sənəddə məlum olur ki, Gənclər və Idman Nazirliyi tikintisi başa çatmış obyektlər üzrə aparılan satınalınmaların yarıdan çoxunu birbaşa müqavilələr əsasında həyata keçirib. Və birbaşa müqavilələrin bağlanılması prosesində obyektlərin ehtimal olunan müqavilə qiyməti müəyyən edilməyərək podradçı təşkilatlar tərəfindən təqdim olunmuş qiymət cədvəllərinə əsasən təyin olunub. Buradan artıq korrupsiya iyi gəlir. Yəni, podratçı təşkilatlar Azad Rəhimova yaxın şirkətlər ola bilər və qiymətləri şişirdə bilər. Yaxud aydın olur ki, Daşkəsən rayonunda Olimpiya Idman Kompleksinin tikintisi üzrə müəyyən tikinti quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək, onun bazasında Gənclərin Təlim və İstirahət mərkəzi tikilib. Iki rayonda isə Olimpiya Komleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda “Işlərin qəbulu haqqında Akt”a daxil edilib. “5 rayonda Olimpiya Kompleksinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilmiş, 2 rayonda tikintisi başa çatdırılmış kompleks istifadəyə verilsə də dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilmiş, tikintisi başa çatmış 12 obyektin dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmamış, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilmişdir”, - deyə sənəddə bildirilir./azadlıq/
1425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49