Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

1 nömrə ilə 4 maşın sürən məmur övladı

Aidiyyəti orqanlar bu fakt qarşısında susur

Müzəffər Baxışov: «Bir avtomobilə məxsus nömrə nişanının başqa bir avtomobilə vurulması inzibati xətadır»

Bir neçə gündür mediada Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanlarına məxsus 10 LZ 100 və 10 LR 100 dövlət nömrə nişanlarının fərqli markalı avtomobillərdə olması ilə bağlı xəbərlər və fotofaktlar yayımlanmaqdadır. Maraqlıdır ki, sözügedən nömrələri bir neçə bahalı maşınlarda görmək mümkündür və həmin fotoları həm millət vəkilinin oğlu Anar Məmmədov, həm də yaxın dostu Zaur Bağırov sosial şəbəkələrdəki hesablarında paylaşmışdılar. Fotolar isə bir neçə gündür medianın əsas müzakirə mövzusuna çevrilib.

Maraqlı məqam ondan ibarətdir ki, 4 müxtəlif maşında eyni nömrədən istifadə olunur. Eyni nömrənin bir neçə avtomobildə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin şöbə rəisi Kamran Əliyevin “Qafqazinfo”ya dediyinə görə, bir nömrə eyni vaxtda iki avtomobildə ola bilməz: “Bu, mümkün deyil. Ola bilər ki, sən bir ildən sonra maşınını satırsan, başqasıyla əvəzləyirsən, həmin nömrə sənin adınadırsa, aldığın yeni maşının da nömrəsi ola bilər. Bu, qanuni əsaslarla mümkündür”.ÿ

Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik leytenantı Vaqif Əsədov APA-nın sorğusuna cavabında bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 10-LR-100 dövlət nömrə nişanı qanunla nəzərdə tutulan qaydada ilk dəfə “Mercedes ML” markalı avtomobilə verilib. “Sonradan ”Mercedes ML" markalı avtomobilin sahibi həmin dövlət nömrə nişanını özündə saxlayıb, maşını isə satıb. Həmin şəxs dövlət nömrə nişanını sonradan aldığı “Grand Cheroke” markalı avtomobilə, onu da satdıqdan sonra isə yeni aldığı “Maserati” markalı avtomobilə, daha sonra eyni ardıcıllıqla “BMW” və “Yaquar” markalı avtomobilə taxıb".

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, eyni nömrənin müxtəlif avtomobillərə vurulması inzibati xətadır: “Hər bir avtomobilin özünün qeydiyyat nömrə nişanı olmalıdır. Azərbaycan Respublikasının mülki məcəlləsinin 1108-ci maddəsinə görə nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir. Eyni zamanda prezidentin 11 iyul 2011-ci tarixli sərəncamına görə avto nəqliyyat vasitələri elə daşınmaz əmlakdır ki, bunun Yol polis idarəsində qeydiyyatı aparılır. Yəni nəqliyyat vasitəsilə ağır qəzalar törədilir, insan həyatı təhlükəylə üzləşir, başqasının əmlakına zərər vurula bilir və s. Ona görə də bir maşının nömrə nişanı, digər avtomibilin üzərinə vurulursa, bu, inzibati xətadır və bu əməli törədən adamlar inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır”.
1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41