Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

ATƏT: “Slavyanskda saxlanılanlar hərbi müfəttişlərdi”

Aprelin 25-də Ukraynanın Slavyansk şəhərində federallaşma tərəfdarları tərəfindən saxlanılanlar ATƏT-in hərbi müfəttişləridi.

UNİAN agentliyinin verdiyi xəbərə görə, bu barədə ATƏT-in “Twitter”-dəki səhifəsində məlumat yayılıb.

Müfəttişlər 2011-ci ildə ATƏT-ə üzv ölkələrin Vyanada qəbul etdikləri “Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri haqqında” sənəd çərçivəsində Ukraynada səfərdədirlər.

Nümayəndə heyəti Almaniya, Çexiya, Damimarka, İsveç və Polşanı təmsil edən səkkiz nəfərdən ibarətdir.

Qeyd edək ki, əvvəl Slavyanskda saxlanılanların ATƏT-in müşahidə missiyasının nümayəndələri olduğu bildirilirdi.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber