Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Jurnalistin döyülməsi anı kameraya düşüb! - Fotolar!!!

Jurnalistə sui-qəsd edən şəxs jurnalistin şəxsi maşınındakı kamera tərəfindən tam olaraq görüntülənib. Az sonra həmin görüntülər yayınlanacaq. Şübhə var ki, qəsdçilər iki nəfər olub. Qeyd edək ki, jurnalist sui-qəsdə uğrayandan saniyələr sonara musavat.com-a verdiyi xəbərlərdə bəzi nüanslar video-görüntülərdən fərqlənir. Bunun da səbəbi F. İlqaroğlunun yüksək həyacan keçirməsidir. İdmançı olduğu şübhə doğurmayan şəxs onu vəhşicəsinə döydüyü üçün müxbirimiz şok vəziyyətində olub. 

****
10.33
"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində gözlənilməz hücuma məruz qalıb. Jurnalist musavat.com-a telefon açaraq, həyacanla bildirib ki, yaşadığı evin blokundan çıxarkən (jurnalist Nizami rayonunda, redaksiyaya yaxın  binaların birində yaşayır) tanımadığı bir şəxs ona qəflətən hücum edib: "Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. "Burada yaşayırsan", deyə soruşdu. Təsdiq etdim. Sonra nəsə mızıldandı,  anlaşılmırdı... Qəflətən məni yumruqla vurmağa başladı. Sonra yıxdı və təpiklədi. Qonşulardan biri gəldi... Sonra onu bir nəfər çəkib apardı". 

 F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır.

Hadisə nəticəsində jurnalist üz nayihəsindən zədələr alıb, dişi sınıb, dodağı partlayıb. 

Videolentə ilkin baxış zamanı məlum olur ki, hadisə yerində daha bir idmançı cüssəli və idman geyimində bir gənc adam da var. O, davaya qarışmır, amma jurnalisti döyən cüssəli şəxsə yaxınlaşaraq "daha bəsdir" mənası verən jestlə onu ayırıb aparır.

Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.


Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir. Məsələ ilə bağlı polisə məlumat verilib. 


Musavat.com


  • Fərahim İlqaroğluna sui-qəsd oldu - jurnalistin döyülməsi anı kameraya düşüb! - Fotolar!!!  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir246/img1571375.jpg' target='_blank'>Yüklə</a>




1474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:15