Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

“Rusiyaya məxsus hərbi təyyarə Ukraynanın hava məkanını pozub”

Pentaqon: “Rusiyaya məxsus hərbi təyyarə Ukraynanın hava məkanını pozub”

Aprelin 25-də Rusiyaya məxsus hərbi təyyarə dəfələrlə Ukraynanın hava məkanını pozub.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Stiven Uorren bəyan edib.

Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Ukraynanın hava məkanına bir neçə dəfə daxil olub.

Uorren qeyd edib ki, Pentaqonun əməkdaşları rusiyalı həmkarlarına müraciət edərək iki ölkənin müdafiə nazirləri Çak Heyqel və Serqey Şoyqu arasında telefon bağlantısının keçirilməsini xahiş ediblər. “Biz nazirimizin söhbətə hazır olduğunu bildirsək də, cavab almadıq”, deyə Uorren bildirib.
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP