Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Həsən Ruhani 950 manat maaş alır

Prezident maaşı: Barack Obama 26 133, Həsən Ruhani 950 manat alır

Dünyada özünü demokratik adlandıran ölkələrin əksəriyyətində prezidentlər öz gəlirləri barədə vətəndaşlara məlumat verirlər. Əksər hallarda onların qazancının yalnız maaşı olduğu polemika mövzusuna çevrilir. Amma necə olsa da azı ildə bir dəfə vətəndaş prezidentinin «quru maaşı»nı öyrənə bilir.

Məsələn, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, 2013-cü ildə aya 6 716 manat qazanıb.

AzadliqRadiosu açıq mənbələrdə Azərbaycanın qonşuları və bir neçə böyük dövlətin prezidentinin maaşlarını araşdırıb.

Məlum oldu ki, Ermənistan prezidenti S. Sargsyan aya 2 554, Türkiyə prezidenti Abdullah Gül 13 640, Gürcüstan prezidenti Giorgi Margvelashviliisə 3 100 manat alır. Maaşın məbləği sarıdan Azərbaycan prezidenti İlham Əliyev regionda liderdir – 15 000 manat.

MİNİMUM ƏMƏKHAQQI İLƏ PREZİDENT MAAŞLARININ MÜQAYİSƏSİ
Amma prezidentlərin maaşını onların öz ölkələrdəki minimum əməkhaqları ilə müqayisə edəndə mənzərə xeyli dəyişir.

Məsələn, Çində minimum əməkhaqqı təxminən 229 manatdır. Bu ölkənin prezidenti Xi Jinping-un maaşı isə 1 241 manatdır. Yəni, Çinin prezidenti öz ölkəsindəki minimum əməkhaqqından 5.4 dəfə çox pul alır.

MAAŞDAN İMTİNA EDƏN PREZİDENT
Maaş sarıdan ABŞ prezidenti Barack Obamaya çatan yoxdur. Onun əməkhaqqı təxminən ayda 26 133 Azərbaycan manatıdır.

Araşdırma zamanı məlum oldu ki, İranın prezidenti Həsən Ruhani ümumiyyətlə prezident maaşından imtina edib. Özündən əvvəlki prezident Mahmud Əhmədinejadın qoyduğu ənənəni davam etdirən Həsən Ruhani universitet professor olduğunu və professor kimi aldığı 950 manatla bir aylıq xərclərini ödədiyini bildirir.

Ölkəsindəki minimum əməkhaqqı ilə aldığı maaş arasında fərqə görə tərtib olunan siyahıya Azərbaycan prezidenti İlham Əliyev rəhbərlik edir. Onun maaşı Azərbaycanda ən aşağı əməkhaqqından (105 manat) 143 dəfə çoxdur.

Siyahının sonunda isə İran Prezidenti Həsən Ruhani gəlir. O, prezident kimi maaş almasa da professor kimi əməkhaqqı ilə dolandığını deyir. Və onun professor maaşı İranda minimum əməkhaqqından 5 dəfə yuxarıdır.
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi