Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Dünya Bəşər Əsədin qalmasını istəyir

Dünya Bəşər Əsədin qalmasını DAİŞ və “ən-Nusra”dan üstün tutur – Nuri əl-Maliki
“Bölgədə aparılan məzhəbçilik planı Suriyada məğlubiyyətə uğrayır.”

SalamNews-un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, bunu İraqın baş naziri Nuri əl-Maliki bildirib.

O, ölkədə bir neçə gün sonra keçiriləcək Parlament seçkiləri ilə bağlı etdiyi çıxışda bölgədə radikal və təkfirçi ünsürlər tərəfindən həyata keçirilən məzhəbçilik planının Suriya və İraqda baş tutmayacağını deyib.

Onun sözlərinə əsasən, Suriyanın müxalifət koalisiyası faktiki olaraq heç bir addım atmır və heç nəyə qadir deyil. Suriyada Bəşər Əsədə qarşı vuruşan yalnız radikal təkfirçi qruplaşmalar var. Məhz buna görə Bəşər Əsədin hakimiyyətdə qalması daha üstün tutulur.

İraqlı hökumət başçısı ölkəsində baş verənlərin əsasən Suriyadan qaynaqlandığını da qeyd edib.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP