Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Ermənilər Ərdoğana "Nobel" verilməsini istəyir

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Nobel sülh mükafatına namizəd ola bilər.

Məlumata görə, bu ölkədə yaşayan erməni camaatı Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı bəyanatının əsrlik böhranı bitirəcək addım olduğunu qeyd ediblər. Türkiyə baş nazirinin "ermənilərin ağrıları ortaq acımızdır" deməsi türk vətəndaşı olan ermənilərin gələcəyə olan ümidlərini artırıb. "Ankaranın uzatdığı barış əlini tutmaq lazımdır" deyən erməni camaatının ağsaqqalları Türkiyənin son addımlarını müsbət qiymətləndirib.

Erməni camaatının başçısı Bedros Şirinoğlu qeyd edib ki, baş nazir ilklərə imza atan bir liderdir: "Camaatın yüksək idarəçilərindən biri olaraq deyirəm, hörmətli baş nazir bütün diləklərimizi, bütün arzularımızı yerinə yetirib. Allah ondan razı olsun. Ərdoğanın bəyanatı Türkiyə tarixində bir ilk idi. Ona hər baxımdan minnətdarıq. Bu addımları ilə gələcəkdə Nobelə namizəd ola bilər. Məncə bu mükafatı qazanmağa layiqdir. Mən ona içimdən gözəl adam demək istəyirəm. Hazırda gözlərim doldu. Mənim baş nazirinim gözəl adamdır. 1915-ci ildə baş verən hadisələrdə müsəlman qardaşlarımız da ölüb".

Erməni Universal Tolerantlıq Dərnəyi başçısı Cerri Hırimyan da Ərdoğanın başsağlığı verməsindən məmnunluq duyduğunu deyib: "Baş naziri hər kəsə ibrət olacaq gözəl bir yanaşma göstərdi. Bəzi jurnalistlərin etiraz yazılarını oxuyuram. Bu şərhə qarşı tərs yazı yazan şəxslərin ümumi mədəniyyətlərinin əskik olduğunu düşünürəm. Baş nazirimiz gözəl duyğuları ilə başsağlığı verib. Başsağlığı ən gözəl şeydir. Dünyagörüşü olan, insan sevgisi olan kəslərin bu duyğunun içində olması lazım olduğuna inanıram. Baş nazir əgər Nobelə namizəd göstərilsə biz onu alqışlayarıq. Belə bir şeyi kim istəməz. Necə ki bu kədərli hadisə dünya tarixinə keçmişsə, bu gözəllik də tarix səhifəsinə keçər. Hər şeyin bir başlanğıcı olması lazım. Bu da bir başlanğıcdır".

Jurnalist Markar Esayan da Ərdoğanın Nobel sülh mükafatı namizədliyinin yerində addım olduğunu qeyd edib. Onun sözlərinə görə, bu addımlardan sonra Nobel sülh mükafatı namizədliyi gündəmə gəlməlidir. PKK məsələsini nəticəyə çatdırmaq, həll prosesini yekunlaşdırmaq belə mükafatı almaq üçün kifayət edər. "Qaldı ki, erməni məsələsində ciddi bir nəticə yaşansa çox daha əhəmiyyətli bir mərhələyə gəlinmiş olar. Erməni məsələsi Türkiyənin ən böyük kabusudur"./ans/
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10
İmam Rzanın (ə) mü