Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

“Azərbaycanda nə qanun, nə də məntiq mövcud deyil”

Aslan İsmayıllov: “Bu səbəbdən də ölkədə baş verən bir çox olayı izah etmək mümkün deyil”

Jurnalist Rauf Mirqədirovun vətənə xəyanətdə ittiham olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı ictimai müzakirələr davam edir. Baş verənlər fonunda ən çox diqqət cəlb edən məsələlərdən biri hüquq-mühafizə orqanı əməkdaşlarının vətənə xəyanətdə ittiham olunan R.Mirqədirovla silah qaçaqmalçılığında təqdsirləndirilən jurnalist Pərvəzi Həşimli ilə davranış formaları ilə bağlıdır. Belə ki, P.Həşimlini başına torpa keçirərək həbs edən əlaqədar qurumlar R.Həşimovu daha “mədəni” formada nəzarətə götürdü ki, bunun özündə də irəli sürülən ittihamların özü kimi açıq məntiqsizlik mövcud idi. Maraqlıdır ki, P.Həşimlini olduqca səs-küylü, teatral şəkildə həbs edən, onun başına nümayişkarənə şəkildə torba keçirən güc orqanı əməkdaşları, R.Mirqədirovun həbsində buna lüzum görmədi. Bu davranışın özü bir sıra sualları aktuallaşdırmış oldu. Doğrudanmı MTN və DİN bir “silah qaçaqmalçısı” vətənə xəyanətdə ittiham olunan bir “casus”dan daha təhlükəli hesab edir? Doğrudanmı, “silah qaçaqmalçısı” gözü açıq qaldığı təqdirdə bir “casus”dan daha böyük risk və təhlükə vəd edir?
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Aslan İsmayılov baş verənləri izah etməyin mümkünsüzlüyünə diqqət çəkdi:
“Hər hansı bir şeyin izahı iki amillə mümkündür ki, bunların biri qanun, digəri isə məntiqdiur. Lakin təəssüflər olsun ki, bu gün Azərbaycanda nə qanun, nə də məntiq mövcud deyil. Məhz bu səbəbdən də bu gün ölkədə baş verən bir çox olayı izah etmək mümkünsüzdür. R.Mirqədirov və P.Həşimli ilə bağlı hadisələr də bu qəbildən olan olaylardandır”.
1700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:5