Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

İşdən çıxarılan polislərdən şok açıqlama

Türkiyədə "Böyük rüşvət əməliyyatından" sonra işdən azad edilən polislərin verdikləri izahat təəccüb yaradıb.

"Paralel yapı" işdən çıxarılan polislərə rütbələrinə görə maaş yazıb.

Daxili işlər naziri Efkan Ala ölkə daxilində qeyri qanuni dinləmələrlə bağlı 180 istintaq olduğunu açıqlamışdı. Efkan Ala eyni zamanda 150-dən çox polisin də işdən uzaqlaşdırıldığını bildirmişdi.

Polislərin izahatları vasitəsiylə 17 dekabr əməliyyatalarının necə hazırlandığı məlum olub. İzahatlara görə, əməliyyatda yer alan polislər "böyük vaxt"a bir neçə gün qalmış əməliyyatdan imtina etmək istəyibər. Lakin özlərindən üst səviyyədə olan polislər tərəfindən məcbur ediliblər.
17 dekabrdan sonra çox sayda polis işdən çıxarılıb. Bundan sonra polislər 25 dekabr əməliyyatından imtina etmək istəyiblər. Polislər bu dəfə "Hökumət dəyişəcək" vədinə şirnikləniblər. Bir nəticə hasil olmadıqda isə "Paralel yapı" polislərə geri çəkilməmələrini tövsiyyə edərək seçkilərdən sonra daha yaxşı yerlərə gələcəklərini deyib.

"Paralel yapı" işdən azad edilən polislərə maaş da tətbiq edib. İlk mərhələdə polislərin kredit borcları ödənilib. Daha sonra isə rütbələrinə görə maaş yazılıb. Maaşlar istintaqa məlum olan şəxslər tərəfindən əldən ödənilib. Maaş qaynağının isə "Himmət" adı verilən təşkilat olduğu üzə çıxıb. Bildirilib ki, şəbəkə aşağı rütbəli polislərə 3500 lirə, polis rəislərinə isə 4500 lirə maaş veriimiş. /Avropa/
1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat