Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Üzeyir Cəfərov: “Yeni həbslər olacaq”

“Bu günlərdə yoldaşlardan biri yazıb ki, Səfər Əbiyevin 19 illik fəaliyyətinin maliyyə hesabatı hazırlanıb. Bunlar qeyri-ciddi məsələlərdir. Gündəmdə qalmaq üçün bu fikirləri səsləndirirlər”.

Bunu hərbi-ekspert Üzeyir Cəfərov deyib. Ü.Cəfərov qeyd edib ki, Səfər Əbiyevin istintaqa çağırılması realdır:

“İndi söhbət konkret olaraq, Şahin Sultanovdan və onun əməllərindən gedir. Ondan sonra Müdafiə Nazirliyinin sabiq rəhbəri ilə bağlı suallar ortaya çıxarsa, istintaqa dəvət oluna bilər. Heç kim bunu istisna edə bilməz. Mənim bildiyim qədər Səfər Əbiyev Bakıdadır. Hələ ki, onu istintaqa dəvət etməyiblər və ona suallar ünvanlanmayıb. Amma Səfər Əbiyevin həbs olunacağı məsələsinə ciddi yanaşmıram. Şahin Sultanova qarşı da iki ittiham irəli sürülsə də, onun məhbus həyatı yaşayıb-yaşamayacağı bəlli deyil. Amma əldə olan faktlar mənə bunu deməyə əsas verir ki, Şahin Sultanovla bağlı məsələ heç də ürəkaçan deyil”.

Ekspert bildirib ki, bu prosesdə yeni həbslər olacaq:

“Bu şəxslər cinayəti özbaşına etməyiblər. Onlara bunu etməkdə yardımçı olan konkret şəxslər var. Yaxın 3 ay ərzində həmin şəxslər barəsində də tədbir görüləcək. Onların tabe olduğunu adamların konkret olaraq kim olduğunu deyə bilmərəm. Çünki orada xarici şirkətlər də, Azərbaycandan olan şəxslər də var. Bunu istintaq deyə bilər”./hafta/
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı