Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Ukraynanın ən iri zavodu ələ keçirildi

Ukraynanın Donetsk vilayətinin Kravamotorsk şəhərində etirazçılar Yenikravamotorsk Maşınqayırma Zavodunu ələ keçiriblər.

Bu barədə özünün Feysbuk səhifəsində Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk yazıb.

“Bizdəki informasiyaya görə, etirazçılar zavoda iki avtomobildə gəliblər. Bu ana kimi işğalçılar heç bir tələb irəli sürməyiblər”, - deyə o qeyd edib.

Sözügedən müəssisə ağır maşınqayırma sahəsi üzrə təkcə Ukraynada deyil, bütün dünyada ən iri zavodlardan biri kimi tanınır. /Musavat/
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18