Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Bir qrup gənc Mixail Saakaşvilinin axşam yeməyinə mane olub

Oktyabrın 23-də Tiflisdəki “La Truffe” restoranında axşam yeməyi yeyən Gürcüstan prezidenti Mixail Saakaşvili bir qrup gəncin etirazı ilə üzləşib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, restoranın qarşısında keçirilən aksiyada insan hüquqları və keçmiş siyasi məhbuslar iştirak ediblər. Aksiya iştirakçıları prezidentə “soyuq yemək” qismində kələm və yerkökü təqdim etmək istəyiblər. Onlar bildiriblər ki, M. Saakaşvilinin prezidentlik müddətinin sonuna üç gün qalıb və bu müddət ərzində hər yerdə onu təqib edərək “cinayət”lərini ona xatırladacaqlar.

Hadisə yerinə polis patrul xidməti səfərbər edilib. M. Saakaşvili restoranın arxa qapısından çıxıb.
1846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16