Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2014

Dağıstanda 5 silahlı öldürülüb

Dağıstanın Dərbənd şəhərində 5 silahlı öldürülüb, DİN-in bir əməkdaşı yaralanıb.

“BBC”-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

“Dağıstan Respublikasında Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları “cənub” terrorçu qruplaşmasının üzvlərinin zərərsizləşdirilməsi məqsədilə birgə xüsusi əməliyyat keçiriblər. Milli Antiterror Komitəsinin məlumatına görə, bu şəxslər mayda Dağıstanda keçiriləcək bayram tədbirləri zamanı silsilə terror aktları törətməyi planlaşdırıblar”, deyə MAK-ın məlumatında qeyd olunur.

Bundan başqa, MAK İnquşetiya Respublikası ərazisində silahlılara məxsus silah-sursat aşkarlandığını qeyd edib./apa/
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
Go to TOP