Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2014

Qəddafinin ən yaxın adamından şok iddia

Liviyanın köhnə lideri Müammər Qəddafi haqqında şok iddianın doğru olduğu irəli sürülüb.

Keçmiş Liviya lideri Müammər Qəddafinin anası Aişə xanımın yəhudi əsilli olması ilə bağlı iddiaların doğru olduğu bildirilir.

1997-2010-cu illərdə Müammər Qəddafinin şəxsi köməkçisi işləyən Nuri əl-Mismari keçmiş liderin anası Aişə Qəddafinin yəhudi əsilli olduğunu vurğulayaraq, bu barədə məlumatı olanların şəxsən Qəddafinin əmri ilə öldürüldüyünü açıqlayıb.

2010-cu ildə rejimdən ayrılaraq Avropaya qaçan Mismari Londonda yayımlanan "Əl-Həyat" qəzetinə verdiyi xüsusi müsahibədə, Qəddafinin ən sadiq adamlarından Saleh Bu Fərvanın eyni səbəblə 1980-cı illərdə Rumıniyada öldürüldüyünü, Fərvaya Aişə Qəddafinin yəhudi olduğunu söyləyən Liviyanın Roma səfiri Əmmar Zunun da sirli bir sui-qəsd qurbanı olduğunu söyləyib.

Qeyd edək ki, Müammər Qəddafi Liviyada 42 il diktatorluq rejimindən sonra 2011-ci ilin oktyabrında dəhşətli şəkildə öldürülüb./ans/
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP