Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Çoxuşaqlı ailələrə qayğı yalnız sözlərdə qalır

"Azərbaycanda çoxuşaqlı ailələrə qayğı yalnız sözlərdə qalır"

Avropada doğum hallarının artması üçün ciddi islahatlar aparılır. Bu yaxınlarda Türkiyədə də 3 uşaqlı ailələr vergilərdən azad olundular. Azərbaycan da müharibə şəraitində yaşadığını nəzərə alaraq, bu kimi islahatların olunması zəruridir.

Bu barədə “Deyerler.org”a fikirlərini bölüşən sosioloq Azad İsayev bildirib ki, çoxuşaqlı ailələlərə qayğı dərhal bütün sferalarda özünün müsbət təsirini göstərəcək: “Azərbaycanda sosial proqram konseptual işlənilmir. Sosial proqram çərçivəsində hansısa proqramlar pərakəndə görünür. Qaldırılan problem sosial problemlərin kökündə dayanan bir məsələdir.

Çoxuşaqlı ailələlərə qayğı dərhal bütün sferalarda özünün müsbət təsirini göstərəcək. İqtisadi, sənaye, sosial və digər sahələrdəki müsbət təsiri inkarolunmazdır. Bu çağırış məsələlərinədək öz müsbət nəticəsini verəcək. Yəni çoxuşaqlı ailələrə qayğı inkişafın kökündə dayanır. Bizdə isə bundan inanmıram ki, düşünülmış şəkildə imtina etsinlər. Sadəcə sosial islahatlara konseptual yaxınlaşılmadığından bu sahəyə də diqqət olunmayıb”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisində çoxuşaqlı ailələrin təminatı məsələsi dəfələrlə gündəmə gəlsə də, konkret qərarlar qəbul edilməyib.
2038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat