Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Türkiyədən Xocalı abidəsilə bağlı müəmmalı addım

Abidənin üzərindəki «soyqırım» ifadəsi niyə dəyişdirildi?

Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, abidənin üzərindəki “soyqırım” ifadəsinin yerinə “qətliam” yazılıb.

Yazıda bunlar qeyd olunub: “Abidənin açılışı bu ilin fevral ayında baş tutub. O vaxtkı bələdiyyə sədri Əli Ərdoğan da mərasimdə iştirak edib. Vəzifəyə gələn bələdiyyə sədri Nurullah Cihan abidənin üzərindəki, ”soyqırım" kəlməsini “qətliam” kəlməsi ilə əvəz etmək barədə qərar qəbul edib. Məlumata görə o, Türkiyə hökumətinin qərarı ilə bu addımı atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına görə etiraz ediblər. Onları razı salmaq məqsədi ilə də Uşak bələdiyyəsi bələ bir addım atıb. Türkiyə Xarici Işlər Nazirliyindən isə bu addımı rəsmi Ankaranın Ermənistanla münasibətləri pozmaq istəməməsi kimi qiymətləndiriblər.
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<