Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Müsəlmanlar kütləvi şəkildə MAR-dan çıxarılır

Şəhərdə müsəlmanlara aid evlər, məscidlər və iş yerləri bəzi qruplar tərəfindən qarət olunub

Mərkəzi Afrika Resapublikasının (MAR) paytaxtı Banqidən müsəlmnanların kütləvi şəkildə deportasiyası başlanıb.

Son deportasiya zamanı 12 000 müsəlman şəhəri tərk edib.

Beynəlxalq humanitar yardım təşkilatları ölkədə müsəlman əhalinin qalmayacağına dair xəbərdarlıq edir.

Məlumata görə, şəhərdəki “PK-12” bölgsini tərk edən müsəlmanlar şimala, Çad ilə həmsərhəd şəhərlərə üz tuturlar.


Evini tərk etməyə məcbur olan müsəlmanlardan biri şəhərdə qalan avtomobilini yandırıb.


Bundan başqa şəhərdə müsəlmanlara aid evlər, məscidlər və iş yerləri bəzi qruplar tərəfindən qarət olunub.

Qarətçilərdən biri olan Quy Riçard “Associated Press”ə verdiyi açıqlamada şəhərdə müsəlman istəmədiklərini, artıq məscidlərə ehtiyac olmadığını deyib.

Beynəlxalq aministiya təşkilatı isə ölkədəki sülhməramlıların etnik təmizləmə siyasətinin qarşısını almaqda aciz olduğunu deyib.

Yardım təşkilatları şəhərdə ticarətçilərin və topdansatışçıların əsasən müsəlmanlar olduğunu, bu vəziyyətin ərzaq qıtlığı yaradacağınmı deyib.

Qeyd edək ki, hazırda ölkədə 6 000 Afrika Birliyi, 2 000 Fransa sülhməramlı hərbçisi var. Buna baxmayaraq ölkə rəsmilıəri BMT-dən daha 12 000 hərbçinin göndərilməsini tələb edir.

Keçmiş Fransa müstəmləkəsi olan ölkə 1960-cı ildə müstəqilliyini elan edib. O vaxtdan bəri ölkədə daxili iğtişaşlar səngimək bilmir.

Mərkəzi Afrika Respublikası dünyanın ən yoxsul ölkələrindəndir./ans/
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber