Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Qəddafinin oğlu Seyf əl-İslamın məhkəməsi oldu

Müttəhim hazırda saxlanıldığı Zintan şəhərində həbsxanadan videolink vasitəsilə məhkəməyə qatılıb.

Liviyada ölkənin sabiq dövlət başçısı Müammər Qəddafinin oğlu Seyf əl-İslamın məhkəməsi olub. Məhkəmə prosesi paytaxt Tripolidə baş tutsa da, müttəhim hazırda saxlanıldığı Zintan şəhərində həbsxanadan videolink vasitəsilə məhkəməyə qatılıb. 2011-ci il noyabr ayında həbs olunan Seyf əl-İslam vətəndaş müharibəsi zamanı qətllər törətməkdə ittiham olunur.

Məhkəmədə Seyf əl-İslam hakimin suallarını cavablandırıb. Proses Tripoli ilə yanaşı, Zintan və Misrata şəhərlərində canlı yayımlanıb. Seyf əl-İslamın Tripoliyə ekstrdisya edilməsi məsələsi də proses zamanı müzakirə olunub. Lakin Zintan rəhbərliyi ilə danışıqlar uğursuz olub.

Seyf əl-İslam ilə yanaşı sabiq hökumət tərəfdarlarından hazırda 37 nəfər mühakimə olunur. Onların arasında, eyni zamanda, ölkənin sabiq kəşfiyyat rəisi Abdullah əs-Sənusi də var.

Prosesin növbəti sessiyası isə may ayına keçriləcək.
1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber