Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

“Obama Putinə addım-addım uduzur”

İtaliya mətbuatı: “Obama Putinə addım-addım uduzur”

Ukrayna böhranı fonunda ABŞ və Rusiya prezidentlərinin qarşıdurması əvvəl şahmat oyununa bənzəyirdi, indi isə poker oyununa. Musavat.com-un məlumatına görə, bu barədə “II Giomale” italyan nəşri yazıb.

Nəşrin qənaətincə, “oyunçuların gücü artıq bərabər deyil”. Bir yanda əlində güclü kartları olan Putin, o biri yanda isə işləri heç də yaxşı getməyən Obama. İndi Obama bir-birinin ardınca partiyaları uduzur və vəziyyətdən çıxmaq üçün böyük risklərə getmək zorundadır.

“II Giomale” hesab edir ki, Putin son bir neçə ay ərzində Obamanı “hər oyunda udub” – Edvar Snoudenə siyasi sığınacaq verməkdən tutmuş, Suriyanın kimyəvi tərk-silahında iştiraka və Krımı Rusiyaya birləşdirməyədək. “Donbasda separatçıların mayın 11-ə təyin elədiyi referendumun və buradakı toqquşmaların nəticələri iki prezident arasında həlledici partiya olacaq”.
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 12:05