Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Qazaxda sosial yardım rəzaləti

Qazaxda sosial yardım rəzaləti-FOTOSMM-in direktor əvəzi acından ölmək həddinə çatmış ailəyə deyil, öz qohumlarına yardım ayırmaqla məşğuldur

Qazaxda əhalinin ünvanlı sosial yardım alması problemə çevrilib. Daha doğrusu, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra rayona göndərilmiş Sosial Müdafiə Mərkəzinin direktoru konkret olaraq pul yığmaqla məşğuldur.

Verilən məlumata görə, Qazaxın deputat olan Əhməd Vəliyevin yaxnı qohumu olan rayon Sosial Müdafiə Mərkəzinin direktor əvəzi Yasin Mürsəlov ümumiyyətlə, iş bacarmır. Məlumatda deyilir ki, Mürsəlovun faktiki işi rayondakı bütün qohum-əqrabasını ünvanlı sosial yardımla təmin etməkdən ibarətdir. Kənardan gələnlər isə gözləmək məcburiyyətində qalıblar.

Bu səriştəsiz idarəçilikdən əziyyət çəkənlərdən biri də Qazaxın Çaylı kənd sakini Valieh Məhərrəm oğlu Qocayevdir. Valeh Qocayev Qarabağda gedən döyüşlərdə iştirak edib. Həyat yoldaşı mədəsindən əməliyyat olunmaqla bərabər, həm də epilepsiya xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, bir müddət əvvəl ailə həyatı qurmuş qızının əri vaxtsız dünyasını dəyişdiyindən iki uşaqla birlikdə ata evinə sığınmalı olub.

Ev dedikdə elə zənn etməyin ki, hansısa normal şəraiti olan tikilidən söhbət gedir. Əksinə, Valeh Məhərrəmovun yaşadığı yerə ev yox, heç koma da demək mümkün deyil. Ailə üzvlərindən heç biri işləmədiyindən onların dolanışığı dəhşətli şəkil alıb. Ailənin bir tikə quru çörəyə belə möhtac olduğu deyilir. Amma bütün bunlara baxmayaraq, Qazax Sosial Müdafiə Mərkəzinin direktor əvəzi imkansızlıqdan dəhşətli duruma düşmüş vətəndaşın nə sənədlərini qəbul, nə də ona ünvanlı sosial yardım verilməsini təmin edir. Vətəndaş isə çıxılmaz vəziyyətdə yollarda qalıb. Ona görə də, rəsmi qurumlardan bu problemin həllini istəyir./tia/
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39
Zəncani ipdə, bizim