Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

50-dən artıq terrorist öldürülüb

Suriyanın tarixi Palmira şəhərində aparılan əməliyyatda 50-dən artıq silahlı öldürülüb
Suriya hökümət ordusu Homs əyalətində yerləşən tarixi Palmira şəhərinin ərazisində slahlılara ağır zərbələr endirib

Suriya hökümət ordusu Homs əyalətində yerləşən tarixi Palmira şəhərinin ərazisində silahlılara ağır zərbələr endirib. İnterAz-ın “əl-Məyadin”ə istinadla verdiyi xəbərə görə, əməliyyatlar Palmira şəhərinin ət-Təyyibə bölgəsində silahlıların qərargahlarını hədəfə alıb ki, burada minimum 50 silahlının öldüyü bildirilib.

Qarşıdurmala digər əyalətlərdə də davam edib. Laziqiyyədə hakimiyyət ordusu əsasən ermənilərin yaşadığı Kəsəb rayonunu yenidən ələ keçirmək üçün Aralıq dənizi sahili boyu əməliyyatlar aparıb və müxalifət silahlılarının dənizə olan əsas korridoru, əs-Səmra qəsəbəsini ələ keçirib.

Son sutkanın ən şiddətli qarşıdurmaları Hələb şəhərinin rayonlarında gedib. Şəhərin cənub-qərbində və şimalında gedən döyüşlərdə tərəflər çoxsaylı itki veriblər. Müxalifətin “İslam Cəbhəsi”, “ən-Nusra Cəbhəsi” və “Mücahidlər Ordusu” müştərək bəyanat yayaraq, Hələbdə yeni əməliyyatlara başladıqlarını bəyan ediblər. Bəyanatda Hələb şəhərində hakimiyyətə məxsus mövqelərin mühasirəyə alınması və yardım korridorlarının bağlanılması əsas hədəf kimi qeyd edilib.
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38