Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Vəhşicəsinə döyülən jurnalistin səhhəti pisləşdi

Şiddətli baş ağrıları olan Fərahim İlqaroğlu xəstəxanada müalicə almalıdır

Bir neçə gün əvvəl Bakıda döyülən jurnalist, "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 27-də yenidən həkimə müraciət etməli olub. Səbəb kəskin baş ağrılarının olmasıdır.

Milli.Az xəbər verir ki,bu barədə Musavat.com-a açıqlama verən F.İlqaroğlu deyib ki, o, xəstəxanada bir müddət müalicə almalıdır.

"Həkimə getdim, çənəmi rentgendən keçirdilər. Dişlərim sınıb, çənəmdən ciddi zərbə almışam. Sifətimdə, sağ nahiyədə gözümün altındakı hissədə damar partlayıb, bu, problem yaradır. Bədənimin keyi indi açılır, ağrıları hiss etməyə başlayıram. Başımda güclü ağrılar var, birinci gün xəstəxanaya gedəcəyəm, "çekap" müayinə istəyirəm. Bundan sonra bir müddət xəstəxanada yatmaq lazımdır".

Jurnalistin sözlərinə görə, 24-cü polis bölməsindən onunla gün ərzində zəng edib maraqlanıblar: "Bölmə rəisi zəng edib işdə hər hansı dəyişikliyin olub-olmamasını soruşdu, mən də ondan işin gedişini xəbər aldım. Dedi ki, hələ araşdırma davam edir".

Qeyd edək ki, F.İlqaroğlu aprelin 25-də Nizami rayonunda, kirayə yaşadığı binanın blokunun qarşısında döyülüb. Jurnalist hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır. Hadisə nəticəsində jurnalist üz nayihəsindən zədələr alıb, dişi sınıb, dodağı partlayıb.
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11