Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

"Əsas məqsəd Leyla Yunusu sıradan çıxarmaqdır"

Cəmil Həsənli Elçin Behbudovu pis vəziyyətdə qoydu...

“Rauf Mirqədirov işi vasitəsi ilə harasa çıxmaq istəyirlər”.


Bunu Milli Şuranın sədri Cəmil Həsənli Rauf Mirqədirov və Leyla Yunus ətrafında baş verən olaylardan danışarkən deyib. Onun sözlərinə görə, onlar Mirqədirovun cibinə narkotik ataraq onu həbs edə bilməzdilər. Çünki o mətbuatda kifayət qədər ağır çəkili jurnalistlərdəndir. O respublikanın əməkdar jurnalistidir. O böyük beynəlxalq prizləri qazanmış jurnalistdir. Ona görə də onun cibinə narkotik atmaqla həbs etmək olmazdı. O üzdən ona qarşı daha ağır iddiham irəli sürülməliydi. Əslində Elçin Behbudov Rauf Mirqədirovla görüşəndən sonra kartların əsl üzü açıldı. Belə ki, o Mirqədirovun adından bəyan etdi ki, guya Mirqədirov “Məgər yalnız mən informasiya ötürmüşəm? Leyla Yunus və onun yoldaşı da məlumat ötürüb də” deyib. Lakin vəkil Mirqədirovla görüşəndə o bu sözləri inkar etdi və bildirdi ki, o belə söz deməyib. Bilirsiniz, Anarın həbsi ilə onlar yeganə seçki monitorinqi aparan jurnalisti sıradan çıxardılar. Leyla Yunusa qarşı olan bu məsələ də təxminən eyni hadisədir. Çünki onların əsas məqsədi Leyla Yunus kimi daha obyektiv, daha iradəli və daha əzmkar bir hüquq müdafiəçisini sıradan çıxarmaqdır. Leyla Yunus beynəlxalq aləmdə, İnsan Hüquqları təşkilatlarında böyük nüfuza malikdir. Onların Leyla Yunusu dövlət sirrini düşmənə ötürməkdə təqsirləndirmələri hüquqi baxımdan əsassızdır. Çünki dövlət sirrinin qorunması üçün cavabdeh və vəzifəli şəxslər var. Əgər bir jurnalist həmin dövlət sirri ilə tanış olursa, onda o həmin məlumatı yaymayacağına dair imza atır. Mirqədirovun belə bir öhdəliyi varmı və ya kimsə Mirqədirovu belə bir dövlət sirri ilə tanış edibmi? Əgər tanış etməyiblərsə onda jurnalistdə dövlət sirri haqqında informasiya hardan olsun? Burada cavabı bəlli olmayan xeyli suallar var. Prokurorluğun yaydığı bu kimi ittiham əslində hüquqi baxımdan çox primitivdir və əsassızdır. Orada hansısa sxemdən sözbət gedir. Axı o sxem Mirqədirovda necə ola bilər? Dövlət sirrini qoruyan idarələr və həmin idarələrin öhdəlikləri var. Mirqədirov Ermənistana gedən tək jurnalist deyil. Bir çox QHT-lər, təşkilatlar, idman təşkilatları Ermənistanda olublar. Məhz Qarabağın işğalı və erməni separatizmi ilə bağlı yüzlərlə tənqidi məqaləsi olan bir jurnalistə qarşı bu cür ittiham irəli sürülməsi ağılabatan deyil”.
Cəmil Həsənli Leyla Yunusun casusluqda ittiham olunmasını eyni zamanda martın 3-də AXCP-nin qərargahının partladılması ilə bağlayır: “Martın 3-də AXCP-nin qərargahı partladıldı. O zamana qədər Milli Şuranın iclasları orda keçirilidi. Lakin partladılandan sonra Leyla Yunusun ofisində keçirirdik. Diqqət yetirək ki, Leyla Yunus 25 ildən artıqdır ki, bu istiqamətdə fəaliyyət göstərir, lakin iki aydır ona qarşı bu cür ittihamlar irəli sürülür. Məgər Leyla Yunus 3-5 il bundan əvvəl bu işlərlə məşğul deyildimi? O bütün dünyada insan hüquqları naminə öz obyektivliyi ilə seçilən hüquq müdafiəçisidir. Ona görə də Leyla Yunusa qarşı ittihamları nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, bütün bu ssenari məhz Milli Şuraya qarşı yönəldilib. Yəni bütün bunların arxasında Leyla Yunusun ofisində keçirilən iclaslarımızın qarşısını almaq və beləliklə Milli Şuranı dağıtmaq durur”./moderator/
1423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...