Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

İranda məhbus asıldıqdan sonra bağışlanıb

İranda qeyri-adi edam səhnəsi icra edilib. Hadisə Təbriz Mərkəzi Həbsxanasında qeydə alınıb.

Qəsdən qətl  törədən məhbus ölüm acısını dadması üçün dara çəkilib və üç dəqiqə asılı vəziyyətdə saxlanıldıqdan sonra öldürdüyü şəxsin valideyni tərəfindən bağışlanılıb. Bundan sonra məhbus ambulator müayinədən sonra xəstəxanaya qaldırılıb. Hazırda onun sağlıq durumunun yaxşı olduğu bildirilir.

Məlumatda ötən il 23 nəfərin ölümdən xilas olduğu qeyd edilib. Bundan əlavə, Qoşaçay (Miyandab) şəhərində bir gənc məhbus qurbanının ailəsi tərəfindən əfv edilib.

Qeyd edək ki, bu günlərdə İranda bir ana da öz oğlunun qatilini dar ağacında ikən bağışlayıb.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsraillilər Netanya